Adları çəkilən şəxslərə məktub şəklində göndərilən bu bəyanatda psixoloqlar beynəlxalq təşkilatların Qəzzada qadın və uşaqların psixi sağlamlığına biganə qalmasından narahat olduqlarını bildiriblər və sionist rejimin Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılmasının vacibliyini vurğulayıblar.
Bəyanatın bir hissəsində bildirilir: “Bu gün dünya psixoloqlarının vacib sualı budur ki, BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyası yalnız bir neçə ölkəyə aiddir və Qəzza əhalisinin, onun qadın və uşaqlarının bu təşkilatda yeri yoxdurmu? Qadınların Vəziyyəti üzrə Komissiyasının üzvləri günə bomba, atəş və güllə səsi ilə başlayan qadınların və uşaqların psixi sağlamlığını heç düşünüblərmi?
Necə olur ki, bu rejim bütün bu dəhşət dolu təcavüzləri ilə hələ də bu komissiyanın üzvüdür, 25 mindən çox günahsız qadın və uşağın qanına boyanmış əlləri ilə qadın və uşaqların hüquqlarından danışır? Qəzzadakı müharibədə həlak olanların təxminən 70%-i günahsız qadın və uşaqlar olduğu halda qadın hüquqlarından danışır!
Beynəlxalq təşkilat olan Birləşmiş Millətlər Təşkilatının bu dəhşətli cinayətə gözü və qulağı bağlanıbdırmı?
Sizin rəyiniz